"Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub
İranın ABŞ tərəfindən Oman körfəzində saxlanıldığı bildirilən "TOUSKA" gəmisinin heyətinin altı üzvü azadlığa buraxılıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, konteyner gəmisi ələ keçirilən zaman göyərtəsində 28 iranlı olub:
"İran heyət üzvlərinin ailələri ilə birlikdə gəmidə olması səbəbindən hazırkı mərhələdə gəminin azad edilməsi üçün hərbi müdaxilədən çəkinib", - məlumatda bildirilib və əlavə edilib ki, onların sərbəst buraxılması üçün rəsmi səylər davam etdirilir və bu istiqamətdə zəruri olan digər tədbirlər görülür.
Məlumata görə, azad olunan altı nəfər artıq İrandadır.
"ABŞ-nin saxladığı gəmidə qalan 22 iranlının azad olunması üçün iş aparılır", - məlumatda xatırladılıb.
Qeyd edək ki, 19-20 aprel 2026-cı il tarixlərində ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Spruance" esminesi gəmini saxlayıb. Məlumatlara görə, gəminin heyəti xəbərdarlıqlara tabe olmadığı üçün ABŞ hərbçiləri mühərrik otağına zərbə endirib və gəmini dayandırıb.
ABŞ tərəfi gəminin dəniz blokadasını (Hörmüz boğazında - red.) pozmağa çalışdığını və göyərtəsində hərbi məqsədlər üçün yararlı olan yüklər daşıdığını iddia edir. İran tərəfi isə bu hərəkəti beynəlxalq hüququn pozulması adlandırıb və gəminin sadəcə tibbi ləvazimatlar daşıdığını bəyan edib.
Oxşar xəbərlər
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Rusiya, İran və Çin şərti gəminin azad olunmasını təlimini keçiriblər
ABŞ Oman körfəzində İran gəmisini ələ keçirib
ABŞ İran gəmisini ələ keçirdi - Video
"Tasnim": Tehran İran gəmisini saxladıqdan sonra ABŞ-nin hərbi gəmilərinə zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
