Azərbaycan və İran işğaldan azad edilmiş ərazilərdə birgə hərbi təlim keçirir - VİDEO
sizinxeber.az xəbər saytı

Azərbaycan və İran işğaldan azad edilmiş ərazilərdə birgə hərbi təlim keçirir - VİDEO


Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.

Bu barədə Sizinxeber.az-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.

Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, "Araz - 2025" birgə təlimi işğaldan azad edilmiş ərazilərimizdə mayın 21-dək davam edəcək.

Oxşar xəbərlər

Azərbaycanda “Araz – 2025” birgə təlimi keçirilir – VİDEO
Azərbaycan və İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə təlimi keçirilir - FOTO
"Anatolian Phoenix - 2025" beynəlxalq təlimi başlayıb - FOTO - VİDEO
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
"Anatolian Phoenix - 2025" beynəlxalq təlimi davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər