Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib
Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə mayın 8-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu onun məzarını ziyarət edib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçular, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və məktəblilərin iştirak etdiyi anım mərasimi şəhidlərimizin ruhuna duaların oxunması ilə başlayıb. Daha sonra mərasim iştirakçıları İ.Mirzəyevin məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Milli Qəhrəmanın şərəfli həyat yolu, vətənpərvərliyi, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri barədə danışılıb.
Çıxış edənlər İ.Mirzəyev kimi igid vətən oğullarının xalqımızın yaddaşında əbədi yaşayacağını, onların qəhrəmanlığının gənc nəsil üçün örnək olduğunu xüsusi vurğulayıblar.
Milli Qəhrəmanın ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


width="220" alt="Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib" />
width="220" alt="Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />