Hərbi Hava Qüvvələrinin helikopterləri təlim-məşq uçuşları keçirib - VİDEO
2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.
APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.
Daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər. Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar təlim-məşq uçuşlarının planına uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.
Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər.
Oxşar xəbərlər
HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar
Azərbaycanın hərbi helikopterləri şərti hava kəşfiyyatı aparıblar
Azərbaycan Ordusunun helikopterləri döyüş hazırlığı məşqləri keçirib - VİDEO
Azərbaycan Ordusunun hücum təyyarələri təlim-məşq uçuşları icra ediblər - VİDEO
Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













