"Anadolu Ankası - 2024" təlimi davam edir
Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.
Bu barədə “Sizinxeber.az”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin növbəti günündə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi, quruluşu və iqlimi ilə bağlı zəruri məlumatları əks etdirən brifinq təqdim edilib.
Təlimin planına əsasən, ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun avtomobil kolonu pusquya salınıb və terror qruplaşmasının üzvləri ələ keçirilib.
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və aviasiya vasitələrinin də iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.
Oxşar xəbərlər
Snayperlər şərti düşmən hədəflərinin məhv olunması üzrə tapşırıqları icra ediblər
FHN “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib - VİDEO
Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - VİDEO
Xəzərdə keçirilən "Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - VİDEO
Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













