Azərbaycan hərbçiləri Qarsda keçirilmiş "Qış təlimi-2025"də uğurla iştirak edib - VİDEO
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş "Qış təlimi-2025"də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bu münasibətlə ƏÜO-da təntənəli mərasim keçirilib.
Mərasimdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.
Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.
Oxşar xəbərlər
Qarsda Azərbaycan-Türkiyə hərbi təlimi keçiriləcək - VİDEO
Azərbaycan hərbçiləri Qarsda “Qış təlimi - 2025” beynəlxalq təlimində iştirak edirlər - FOTO
Kənan Seyidov Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - YENİLƏNİB
Azərbaycan-Qazaxıstan birgə təliminin açılış mərasimi keçirilib
Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyədə hərbi obyektlərdə olub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













