Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində görülən birgə işlər müzakirə olunub
sizinxeber.az xəbər saytı

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində görülən birgə işlər müzakirə olunub


Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Kərim Vəliyev Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə söykəndiyini vurğulayaraq, bu əlaqələrin digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də inkişafının vacibliyini qeyd edib.

Bildirilib ki, hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən professor Talat Canbolat hərbi təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Görüşdə hərbi təhsil sahəsində görülən birgə işlərin cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan-Türkiyə elm və təhsil sahəsində təcrübə mübadiləsini artırır
Türkiyə modelinin Azərbaycan Ordusunda tətbiqi istiqamətində görülən işlərin müsbət nəticələri müzakirə edilib
Azərbaycan müdafiə naziri Türkiyə MMU-nun rektorunu qəbul edib - VİDEO
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər