Azərbaycanın turizm imkanları “ATM 2025” sərgisində nümayiş etdirilir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
apr
2025
16:00

Azərbaycanın turizm imkanları “ATM 2025” sərgisində nümayiş etdirilir

30 apr, 2025
16:00
644

Azərbaycanın turizm imkanları “ATM 2025” sərgisində nümayiş etdirilir

Azərbaycanın turizm imkanları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “ATM 2025” ("Arabian Travel Market 2025") beynəlxalq turizm sərgisində tanıdılır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, sərgidə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, hotel və turizm şirkətləri daxil olmaqla 41 yerli tərəfdaş tərəfindən təmsil olunur.

Məlumata görə, milli stenddə VR texnologiyası vasitəsilə ziyarətçilər Azərbaycanın təbiət mənzərələrini və canlı şəhər həyatını müşahidə edə bilirlər. Ziyarətçilərə Azərbaycanın təbiəti və kulinariyası, dağ-xizək kurortları, açıq hava və macəra turizmi imkanları barədə ətraflı məlumat verilir, həmçinin milli şirniyyatların dequstasiyası imkanı təqdim olunur. Stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanın Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov milli stendi ziyarət edib.

Sadələşdirilmiş viza prosedurları və birbaşa uçuşların sayının artması Körfəz ölkələrindən olan səyahətçilərin Azərbaycana səfərlərini təşviq edir. Birləşmiş Ərəb Əmirlikləri və Qətər vətəndaşları vizasız formada, Küveyt, Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn vətəndaşları isə yalnız evisa.gov.az portalı vasitəsilə üç iş gününə və ya təcili prosedurla üç saata qədər elektron viza əldə edə edərək Azərbaycana səfər edirlər.

Bizimlə əlaqə saxlayın