Azərbaycanda turistlər üçün yeni kampaniyaya start verilib
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) birgə təşəbbüsü ilə Bakının turizm imkanlarının təbliği məqsədilə kampaniyaya start verilib.
"Report" agentliyə istinadən xəbər verir ki, kampaniya çərçivəsində AZAL-la səyahət edən yerli və xarici sərnişinlər sentyabrın 29-dan dekabrın 29-na kimi minik talonundan göstərilən tarixdən 48 saat ərzində “Bakı Şəhər Turu” avtobus biletlərinə 20 % endirim əldə edəcəklər.
29 sentyabr Azərbaycanda Turizm İşçiləri Günü münasibətilə AZAL sərnişinlərinə “Baku City Tour” avtobuslarında bir günlük pulsuz səyahət imkanı təqdim olunub.
Dünya təcrübəsində geniş istifadə olunan “Hop-On-Hop-Off” avtobus turları hər gün saat 11:20-dən 16:40-a kimi fəaliyyət göstərərək 80 dəqiqə müddətində paytaxtın əsas 15 turistik məntəqəsini əhatə edir. Avtobuslarda Azərbaycan, rus, ingilis, alman, fransız, fars, italyan və yapon dilləri daxil olmaqla 8 dildə ödənişsiz audio-bələdçi mövcuddur.
Avtobus turları haqqında ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq mümkündür:
Oxşar xəbərlər
AZAL Turizm işçiləri Günü münasibətilə beynəlxalq reyslərə 29 % endirim təklif edir
Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb
Azərbaycanın lüks turizm potensialı Rusiyada təbliğ olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
