Şuşa İƏT-in turizm paytaxtı elan oluna bilər
sizinxeber.az xəbər saytı

Şuşa İƏT-in turizm paytaxtı elan oluna bilər


Yaxın vaxtlarda Şuşanın 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı elan olunması gözlənilir.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu İƏT-in baş katibi Əsəd Məcid Xan Şuşada keçirilən Kulinariya və Qastronomiya Festivalında deyib.

Onun sözlərinə görə, Şuşa şəhəri regionun turizm mərkəzlərindən birinə çevrilir:

"Burada keçirilən qastronomiya festivalı region ölkələrini birləşdirən ortaq dəyərləri əks etdirir. Burada təqdim olunan yeməklərə baxan zaman ölkələrimiz arasında nə qədər çox oxşarlıqların olduğunu görmək mümkündür. Bu festival bizi birləşdirən əsas dəyərlərin təcəssümüdür".

İƏT-in baş katibi əlavə edib ki, yaxın vaxtlarda Şuşanın 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan olunması gözlənilir və bununla bağlı rəsmi qərar sabah keçiriləcək nazirlər görüşündə veriləcək:

"Bu status Şuşanın zəngin mədəni irsinin, gözəlliklərinin və şəhər sakinlərinin qonaqpərvərliyinin daha geniş təqdim olunmasına imkan yaradacaq. Biz Şuşanın region üzrə tanıdılması istiqamətində sıx əməkdaşlıq etməyə hazırıq".

Oxşar xəbərlər

İƏT və Azərbaycan Şuşanın tanıdılması üçün birgə fəaliyyət göstərəcək
Fuad Nağıyev: "Şuşada qastronomiya tədbirləri artıq ənənə halını alıb"
"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub
Aydın Kərimov: "Kulinariya və Qastronomiya Festivalı Şuşanın mədəni həyatında mühüm yer tutur"
Bir sıra dövlət qurumları Şuşanın ECO-nun turizm paytaxtı elan edilməsi ilə bağlı təkliflər hazırlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər