Qazaxıstan və Özbəkistan turizm şirkətləri üçün Azərbaycana tanışlıq turu təşkil edilib
sizinxeber.az xəbər saytı

Qazaxıstan və Özbəkistan turizm şirkətləri üçün Azərbaycana tanışlıq turu təşkil edilib


Dövlət Turzim Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstan və Özbəkistanın aparıcı turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.

"Report" Agentliyə istinadən xəbər verir ki, səfər çərçivəsində yerli turizm şirkətləri və hotellərdən 60-dan çox nümayəndənin iştirak etdiyi B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.

Həmçinin səfər müddətində Qazaxıstan və Özbəkistandan olan turizm şirkətlərinin nümayəndələri Bakının turistik məkanları ilə yanaşı, Şamaxı və Basqala səfər edərək turizm məhsulları, hotellər, mövcud turizm infrastrukturu və təqdim olunan xidmətlərlə, o cümlədən Xəzər sahilində çimərlik turizmi ilə tanış olublar.

Bu ilin I yarısında qeyd olunan 2 ölkədən Azərbaycana 68 mindən çox xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 % artım deməkdir. Hazırda Qazaxıstanın 4, Özbəkistanın isə 2 şəhərindən olmaqla birbaşa uçuşlar həyata keçirilir.

Oxşar xəbərlər

Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb
Azərbaycanın lüks turizm potensialı Rusiyada təbliğ olunub
Azərbaycanda yay turizm mövsümünə start verilib
Azərbaycanın turizm imkanları Pakistanda nümayiş etdirilib
Azərbaycan və Qazaxıstanın turizm assosiasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər