

Voleybol üzrə Azərbaycan birinciliyində həlledici oyunların proqramı müəyyənləşib
Oğlan və qız voleybolçular arasında Azərbaycan birinciliyinin final və üçüncü yer uğrunda oyunlarının proqramı müəyyənləşib
"Report" xəbər verir ki, mayın 24-dən 26-dək U-14 və U-18 komandalarının yarışlarında həlledici matçlar baş tutacaq.
Mayın 25-də 14 yaşadək qız və oğlanların, növbəti gün isə U-18 komandalarının bürünc və qızıl medal uğrunda görüşləri, həmçinin qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
Final qarşılaşmaları və mükafatlandırma mərasimləri Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.
U-16 komandalarının qarşılaşmaları isə 31 may və 1-2 iyun tarixlərində keçiriləcək. Bu oyunların proqramları ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, fevralda start götürən birinciliklərdə ümumilikdə 131 komanda (44 oğlan, 87 qız) iştirak edib. Paytaxt Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Tovuz və Goranboy şəhərlərində keçirilən qrup oyunlarından sonra növbəti mərhələyə 64 komanda (24 oğlan, 40 qız) vəsiqə qazanıb.
Oxşar xəbərlər
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında final və üçüncü yer uğrunda oyunların proqramı müəyyənləşib
Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək
Voleybol üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşəcək
Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında bürünc medal uğrunda oyunlar keçiriləcək
Region Liqasının final və III yer uğrunda oyununun yeri müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Coratda güclü yanğın baş verib
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
