Voleybol üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
noy
2024
09:30

Voleybol üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşəcək

04 noy, 2024
09:30
796

Voleybol üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşəcək

Bu gün voleybol üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşəcək.

"Sizinxeber.az"un məlumatına görə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan yarışda kişilər və qadınların mübarizəsində final matçları keçiriləcək.

Kişilərin turnirində həlledici oyunda "Azərreyl" klubu “Xilasedici” ilə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

Qadınlarda isə "Gəncə" və "Abşeron" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 18:00-da başlayacaq.

Final matçlarından sonra mükafatlandırma və yarışın bağlanış mərasimi təşkil olunacaq. Oyunlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.

Bizimlə əlaqə saxlayın