Azərbaycan millisinin liberosu: "Komandamızın uğur qazanacağına böyük inamım var" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2025
11:00

Azərbaycan millisinin liberosu: "Komandamızın uğur qazanacağına böyük inamım var"

19 may, 2025
11:00
536

Azərbaycan millisinin liberosu: "Komandamızın uğur qazanacağına böyük inamım var"

Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin liberosu Yuliya Kərimova hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, açıqlamasında komandada əhval-ruhiyyənin yüksək olduğunu söyləyib:

“Avropa Qızıl Liqasına hazırlıqlara Bakıda başladıq, daha sonra Sloveniyaya yollandıq. Orada Sloveniya milli komandası ilə birgə təlim-məşq toplanışı keçirdik, ABŞ klubuna qarşı yoxlama oyunu oynadıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Hazırda hazırlıqlarımız Yunanıstanda davam edir. Burada bir neçə yoxlama oyunu keçirməyimiz nəzərdə tutulub. Bu oyunlar həm taktiki hazırlığımızın möhkəmlənməsi, həm də komandamızın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Avropa Qızıl Liqasında mübarizəyə mayın 30-da Bakıda start verəcəyik. Komandamızın uğur qazanacağına böyük inamım var. Hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır”.

Bizimlə əlaqə saxlayın