Kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
apr
2025
09:30

Kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır

16 apr, 2025
09:30
601

Kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.

"Sizinxeber.az"un məlumatına görə, ilk olaraq "Murov Az Terminal" "Neftçi" ilə üz-üzə gələcək.

Qarşılaşma saat 15:00-da start götürəcək. İki saat sonra "Azərreyl" və "Xilasedici" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci oyunları aprelin 18-də baş tutacaq.

Bizimlə əlaqə saxlayın