NTD klubunun prezidenti: "Azərbaycan Kuboku bizim üçün çox əhəmiyyətlidir"
Bu kubok bizim üçün çox böyük əhəmiyyətə malikdir.
"Report"un məlumatına görə, bunu NTD-nin prezidenti Bəhram Abdinov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycan Kubokunun finalında "Gəncə"ni məğlub etmələri ilə bağlı (81:72) fikirlərini bölüşüb:
"Fərqli emosiyalar yaşayırıq. Son üç ildə Azərbaycanda basketbol fərqli səviyyəyə çatıb. Əvvəlki iki mövsümdə həm çempionatda, həm də kubokda son anda dayanırdıq. Buna görə də bu qələbə bizim üçün çox vacibdir. Maraqlı olan budur ki, cari mövsümdə heç kim bizi ciddi qəbul etmirdi".
Klub rəhbəri NTD-nin Azərbaycan Basketbol Liqasının A qrupunda sonuncu - altıncı pillədə qərarlaşdığını xatırladıb:
"Bəzən belə olur. Komandamızı yenidən qurduq, oyunlara yaxşı hazırlaşdıq və layiqli titulu qazandıq. Ən sevindirici isə odur ki, heyətimizdə yerli 16 yaşlı uşaqlar da oynadı. Murad Babayev nə yarımfinalda, nə də finalda oynadı. Onun yerinə çıxış edən gənc oyunçular isə qələbəmizə böyük töhfə verdilər. Bu məni çox sevindirir”.
Oxşar xəbərlər
"Gəncə"nin kapitanı: "Kubok matçında meydana yalnız qələbə üçün çıxacağıq"
Tahir Baxşıyev: "Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik"
"Şəki"nin baş məşqçisi: "Rəqibimiz basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı"
Şəhriyar Əsgərov: "Liqadakı uğursuzluğu kubokda kompensasiya etməyə çalışacağıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
