"Gəncə"nin kapitanı: "Kubok matçında meydana yalnız qələbə üçün çıxacağıq"
Meydana yalnız qələbə üçün çıxacağıq.
"Sizinxeber.az"un məlumatına görə, bunu "Gəncə"nin basketbolçusu Elşad Şirzadov "Ordu"ya qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Kapitan komandasının fanatları ilə güclü olduğunu bildirib:
“Tribunalarda azarkeşləri görmək olduqca xoşdur. Oyun boyunca bizə lazımi dəstəyi verirlər. Ona görə onları “Ordu” ilə kubok matçına da dəvət edirəm. Biz bu görüşə xüsusi motivasiya ilə çıxacağıq. Çünki sonuncu qarşılaşmada rəqibimizə uduzmuşuq. Məşqçilərimizin köməyi ilə oyuna intensiv məşqlər etməklə hazırlaşırıq".
Şirzadovun fikrincə, “Gəncə”nin heyətində Azərbaycan millisinin iki üzvünün olması komandanın üstünlüyüdür:
“Mən və Cəbrayıl Əkbərov yığmada çıxış edirik. Limitə görə üstünlüyümüz var. U-21 yığmasında oynayan Azər Əzimovu, eləcə də Maqsud Rüstəmovu da unutmaq olmaz. Düşünürəm ki, bizim yerli oyunçularımız yetərincə güclüdürlər. Kubokda üstünlüyümüz var”.
O, çempionatdakı limitin fərqli olduğunu söyləyib:
"Məşqçilər tərəfindən seçilən oyun sistemimiz var. Dediyim kimi, son çempionat matçında “Ordu”ya məğlub olduğumuzdan bu komandaya qarşı oyunlara ciddi hazırlaşırıq. Hər detalı incələyirik. Əvəz çıxmaq istəyirik. Bundan sonrakı bütün görüşlər bizim üçün çox vacibdir. Qrup birincisi olaraq 1/4 finala birbaşa adlamaq istəyirik. Məqsədimiz budur”.
Qeyd edək ki, "Gəncə" - "Ordu" görüşü yanvarın 29-da, saat 14:00-da start götürəcək.
Oxşar xəbərlər
"Quba"nın baş məşqçisi: "Bu gün oyuna qələbə üçün çıxacağıq"
"Lənkəran"ın kapitanı: "Hər oyuna qələbə üçün çıxırıq"
"Ordu"nun basketbolçusu: “Quba” ilə oyunda asan qələbə qazanacağımızı düşünürdüm"
"Ordu"nun basketbolçusu: "Gəncə"yə qarşı oyun səhvlərimizi görmək üçün çox önəmli oldu"
"Şəki"nin basketbolçusu: "Meydana çıxmaq üçün çox həyəcanlıyam"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
