Azərbaycanlı voleybolçu: "Beşinci dəfə Macarıstan Kubokunun qalibi olduğum üçün sevincliyəm"
Mən 5-ci dəfə bu titulu qazandım. Buna görə çox sevincliyəm.
Bunu "Report"a açıqlamasında “Vaşaş Obuda” klubunun heyətində Macarıstan Kubokunun qalibi olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.
31 yaşlı oyunçu təbriklərə görə hər kəsə təşəkkür edib:
"Final oyunu gərgin alındı. Buna baxmayaraq, 3:1 hesabı ilə qalib gəldik. Komandamızı təbrik edirəm. Ümumiyyətlə, mövsüm bizim üçün çox sıx qrafiklə davam edir. Kubok başa çatsa da, Macarıstan liqasında və avrokubokda mübarizəni davam etdiririk. Hazırda bütün fikrimiz avrokubokdadır. Sabah çox vacib oyunumuz olacaq. CEV Kubokunun yarımfinalında cavab qarşılaşmasına çıxacağıq. Bütün oyunçular, məşqçilər heyəti - hamımız sabahkı oyuna köklənmişik".
Qeyd edək ki, “Vaşaş Obuda” Macarıstan Kubokunun həlledici görüşündə KNRC-ni üstələyib.
Oxşar xəbərlər
Azərbaycan millisinin voleybolçusu Macarıstan Kubokunun qalibi olub
"Los-Anceles" klubu ABŞ Kubokunun qalibi olub
Azərbaycan klubu Avropa Kubokunun qalibi adını qazanıb
Qurban Qurbanov: "Səbail"lə cavab oyunu daha gərgin keçə bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
