"Sərhədçi"nin baş məşqçisi: "Abşeron”la oyuna tam heyətlə çıxacağıq"
“Abşeron”la oyuna tam heyətlə çıxacağıq.
“Report” xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının XVII turunda keçirəcəkləri “Abşeron”la oyundan öncə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis matça yaxşı hazırlaşdıqlarını vurğulayıb:
“Bu gün tam heyətlə oyuna çıxacağıq. Çox yaxşı hazırlaşmışıq. Marlon Teylor da zədəsini sağaldaraq geri dönüb. Rəqib son matçlarda məğlubiyyətlər yaşayıb. Bizimlə eyni sayda qələbələri var. Çox önəmli oyun olacaq. Rəqibin əsas oyunçularının geri dönüb-dönmədiyini bilmirik. Yeni və köhnə oyunçularımız bir-birilərinə yaxşı uyğunlaşıblar. Fərqli meydanda oynayacağıq, matçı qazanmağa və növbəti tura keçməyə çalışacağıq”.
Qeyd edək ki, bu gün Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək “Abşeron” - “Sərhədçi” görüşü saat 19:00-da başlayacaq.
Oxşar xəbərlər
"Sərhədçi"nin baş məşqçisi: “Neftçi” ilə oyuna yaxşı hazırlaşmışıq"
"Abşeron"un baş məşqçisi: "Qələbə qazanmaq istəyimiz yüksək idi və bunu bacardıq"
"Abşeron"un baş məşqçisi: "Neftçi" ilə oyuna çox yaxşı hazırlaşmışdıq"
Azərbaycan Basketbol Liqasının XVII turunda bu gün daha üç oyun baş tutacaq
"Sərhədçi"nin baş məşqçisi komandanın hazırlığını dəyərləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













