Azərbaycanın 3x3 basketbol millisi təlim-məşq toplanışına yollanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın 3x3 basketbol millisi təlim-məşq toplanışına yollanıb


Kişilərdən ibarət Azərbaycanın 3x3 basketbol millisi təlim-məşq toplanışı üçün Seribayanın Novi Sad şəhərinə yola düşüb.

"Report" xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Cəbrayıl Əkbərov, Endər Poladxanlı və Kamran Məmmədovdan ibarət heyətə qarşıdakı günlərdə Cordan Deyvisin də qoşulması gözlənilir.

Bu basketbolçular arasından seçiləcək 4 nəfərlik yekun heyətə hazırlıq prosesinin sonlarında qərar veriləcək.

İyunun 7-nə qədər davam edəcək toplanış iyunun 8-9-da Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, millimiz təsnifat mərhələsinin B qrupunda Kosovo, Kipr, Albaniya və Ermənistan yığmaları ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Basketbol üzrə Azərbaycan millisi İsveçrəyə məğlub olub
Azərbaycan millisi "Fənərbağça"nın akademiyasındakı toplanışı başa vurub
Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
Azərbaycanın yunan-Roma güləşi millisi Vladiqafqazda toplanışa başlayıb
EEVZA çempionatında iştirak edəcək Azərbaycan millisi Litvaya yollanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər