"Azərreyl"in voleybolçusu: "Bugünkü matçda komanda ruhu göstərə bildik"
sizinxeber.az xəbər saytı

"Azərreyl"in voleybolçusu: "Bugünkü matçda komanda ruhu göstərə bildik"


Bugünkü matçda komanda ruhu göstərə bildik.

"Report" xəbər verir ki, bunu "Azərreyl"in üzvü Anastasiya Şupianiova qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XI turunda "Milli Aviasiya Akademiyası" ilə matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, qələbəyə görə sevincli olduqlarını bildirib:

“Bu gün oyun bizim üstünlüyümüz şəraitində keçdi. Məşqçinin bütün təlimatlarına əməl etdik, həmçinin komanda ruhu göstərə bildik. Bəli, oyunlarımızın alınmadığı günlər də oldu. Bizə sadəcə bir-birimizin oyununa öyrəşmək lazım idi. Ümid edirəm ki, bundan sonra eyni templə irəliləyərək yaxşı nəticələr əldə edə biləcəyik”.

Qeyd edək ki, "Azərreyl" - "Milli Aviasiya Akademiyası" qarşılaşması birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

"Quba"nın baş məşqçisi: "Sumqayıt" üzərindəki qələbə komandamıza stimul verəcək"
Rimas Kurtinaytis: "Ən yaxşı qələbələrimizdən birini qazandıq"
Voleybol üzrə Azərbaycan kuboku: Qrup mərhələsinin son oyunları keçirilib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları keçiriləcək
Voleybol üzrə Azərbaycan Kubokunda qrup mərhələsinin son oyunları keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər