Azərbaycan millisinin basketbolçusunun yeni klubu müəyyənləşib
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin basketbolçusunun yeni klubu müəyyənləşib


"Gəncə" basketbol klubu Azərbaycan millisinin üzvünü heyətinə qatıb.

Bu barədə "Sizinxeber.az"a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

"Sarı-göylər" Cəbrayıl Əkbərovla anlaşıb. "Cibo" ləqəbli hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, basketbolçu 2022/2023 mövsümündə də Gəncə klubunun formasını geyinib. O, komanda ilə Azərbaycan Kubokunun qalibi olub və ölkə çempionatında gümüş mükafata sahib çıxıb. Ötən mövsüm "Sərhədçi"də çıxış edən Cəbrayıl Əkbərov Çempionlar Liqasının təsnifat mərhələsinin oyunları üçün "Sabah"ın heyətində də yer almışdı.

"Gəncə" daha əvvəl yerli basketbolçulardan Elşad Şirzadov, Maqsud Rüstəmov, Nicat Hüseynov, əcnəbilərdən isə Lavon Holland, Kaan Yıldırımkanlı, Cordan Forbs, Barrel Romelo və Marqus Gilson ilə müqavilə bağlayıb.

Oxşar xəbərlər

"Gəncə" yeni transferini reallaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan klubu ABŞ-dən olan basketbolçu ilə anlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə klubu Hollandı heyətinə qatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin basketbolçusu "Gəncə"yə keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan klubu heyətinə daha bir yerli basketbolçu cəlb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər