“Qarabağ” həndbol klubunun baş məşqçisi: “Çempionatda 3 komanda eyni səviyyədədir”
“Çempionatda 3 komanda eyni səviyyədədir. Bunlar "Qarabağ", “Azəryol” və “Kür”dür”.
Bunu “Sizinxeber.az”a açıqlamasında həndbolçu qadınlardan ibarət “Qarabağ” komandasının baş məşqçisi Sergey Kambur Azərbaycan çempionatındakı mübarizə ilə bağlı danışarkən deyib.
Belaruslu mütəxəssis turnir cədvəlinə başçılıq etmələrinə baxmayaraq, arxayınlaşmadıqlarını bildirib: “Düzdür, çempionatda böyük xal üstünlüyümüz var. Lakin mübarizə davam edir. Hər rəqiblə hələ 3 dövrədə görüşəcəyik. Çətin oyunlarımız qarşıdadır. Çempionat maraqlı keçir. Komandaların hamısı yaxşıdır”.
Çalışdırıcı VI turda “Kür” üzərində 29:25 hesablı qələbə qazandıqları matçı da dəyərləndirib: “Rəqib olduqca təhlükəli idi. Güclü və maraqlı komandadır. Qarşılaşmanın ilk dəqiqələrindən bunu sübut etməyə başladılar. Qızlara təşəkkürümü bildirirəm. Toparlanmağı bacardılar. Birinci hissə ilə müqayisədə ikinci yarını daha yaxşı keçirdik. Ona görə də qalib gəldik”.
Sergey Kambur Azərbaycan həndbolunun inkişafını aşağı yaş qruplarına diqqət ayırmaqda görür: “Qadın həndbolunu inkişaf etdirmək üçün yaxşı uşaq məşqçilərinə ehtiyac var. Onlar uşaqları öyrətməlidirlər. Bu çox vacibdir. Bir də bu işi ürəklə görməlisən”.
Qeyd edək ki, ilk 6 turda keçirdiyi oyunların hamısında qələbə qazanan “Qarabağ” 12 xalla çempionatın lideridir.
Oxşar xəbərlər
“Neftçi”nin baş məşqçisi: “Bir setdə voleybol şanssızlığı ilə üzləşdik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Sabah”ın məşqçisi: “Rəqibi müdafiəmizlə məğlub etdik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: “Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Adrian Mutu: “Məğlub olmağımız utancvericidir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı dünya çempionatda gümüş medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












