“Neftçi”nin baş məşqçisi: “Bir setdə voleybol şanssızlığı ilə üzləşdik”
sizinxeber.az xəbər saytı

“Neftçi”nin baş məşqçisi: “Bir setdə voleybol şanssızlığı ilə üzləşdik”


“Bir setdə voleybol şanssızlığı ilə üzləşdik”.

"Sizinxeber.az" xəbər verir ki, bunu “Neftçi”nin kişilərdən ibarət voleybol komandasının baş məşqçisi Pərviz Səmədov “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Yüksək Liqasının VII turunun oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis yalnız ikinci seti zəif keçirdiklərini bildirib. O, komandasının getdikcə daha yaxşı forma yığdığını düşünür: “Görüşə yaxşı hazırlaşmışdıq. İstədiyimi oyunçularımdan ala bildim. Komandamda ikinci setdə eniş yaşandı. Yaxşı ki, tez toplarlana bildik və inamlı qələbə qazandıq. Mövsümün əvvəlindən kollektivə güvənirdim. Sadəcə, voleybolçular bir-birilərinə tam uyğunlaşmamışdılar. Hazırda isə yüksəlişdəyik. Ümid edirəm ki, mövsümü birinci bitirərik”.

Qeyd edək ki, “Neftçi” hazırda 10 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

"Azərreyl"in baş məşqçisi: "Çempion olmaq üçün bütün gücümüzlə çalışacağıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: “Oyun heç-heçə başa çata bilərdi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ”ın baş məşqçisi: “Dinamika bir az aşağı idi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Adrian Mutu: “Məğlub olmağımız utancvericidir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Sabah”ın məşqçisi: “Rəqibi müdafiəmizlə məğlub etdik” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər