FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı dünya çempionatda gümüş medal qazanıb
Sizinxəbər.Az xəbər verir ki,FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı dünya çempionatda gümüş medal qazanıb
1-4 dekabr 2023-cü il tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Dünya Alpaqut Federasiyasının təşkilatçılığı ilə Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı keçirilib.
Çempionatda dünyanın 23 müxtəlif ölkəsindən 450-dən çox idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda ölkəmizi təmsil edən idmançılar sırasında Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun məşqçi-müəllimi Sərvin Haşımlı +85 kq çəki dərəcəsində döyüş növünün qurşaq (güləş) sistemində 3 döyüş keçirərək çempionatın gümüş medalının sahibi olub.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançı ilə görüşərək qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
.



Oxşar xəbərlər
Azərbaycan Gimnastika Federasiyasının baş katibi: “2023-cü il tarixi nailiyyətlərlə yadda qaldı”
Şöbə müdiri: “Dünya çempionatının Heydər Əliyevin yubileyi ərəfəsində Bakıda keçirilməsi tarixi hadisədir”
Azərbaycanın 6 qat Avropa çempionu: “Karyeramı bitirməyi hələ düşünmürəm”
Konor Makqreqorun növbəti döyüşünün vaxtı bəlli oldu
Əlcəzair klubunun avtobusunun aşması nəticəsində 2 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
