Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib
sizinxeber.az xəbər saytı

Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib


Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib.

Gənclər və İdman Nazirliyindən (GİN) "Sizinxeber.az"a verilən məlumata görə, GİN və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində təşkil olunan yarışda 6 kişi və 5 qadın komandası mübarizə aparıb.

Qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin kollektivi birinci yeri tutub. SOCAR ikinci, TƏBİB isə üçüncü pillədə qərarlaşıb.

Kişilər arasında da Fövqəladə Hallar Nazirliyinin komandası qalib olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Dövlət Gömrük Komitəsi və "Azərbaycan Dəmir Yolları" QSC-nin komandaları tutublar.

Oxşar xəbərlər

FHN-in kişilərdən ibarət voleybol komandası yarışın çempionu olub
Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib
Dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında final və üçüncü yer uğrunda oyunların proqramı müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər