Halil Atlı: "Sabah"la ev oyunumuzda azarkeşləri sevindirmək istəyirik"
"Gəncə" klubu Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci oyununda azarkeşlərini sevindirməyə çalışacaq.
"Report" xəbər verir ki, bunu qərb təmsilçisinin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, "Sabah"a qarşı keçirdikləri yarımfinal mərhələsinin ilk matçı barədə danışıb:
"Sıx qrafikdən keçirik. Fiziki olaraq yorğunluğumuz artır. Bunlar bəhanə deyil. Oyunun ilk yarısında verilən tapşırıqları daha yaxşı yerinə yetirdiyimizi düşünürəm. Sahə içində atış faizinin aşağı olması ilə yanaşı oyun planından da uzaqlaşdıq. Rəqib də səviyyəli oyunçuları ilə daha yaxşı iş gördü. Nəticəyə bu məqam təsir etdi. Çatışmazlıqları qarşıdakı matç üçün aradan qaldırmağa çalışacağıq. Ən yaxşı şəkildə çıxış edib evdə azarkeşlərimizi sevindirməyə səy göstərəcəyik".
Qeyd edək ki, "Sabah" - "Gəncə" oyunu Bakı kollektivinin 96:67 hesablı üstünlüyü ilə bitib.
Oxşar xəbərlər
"Gəncə" komandasının baş məşqçisi Halil Atlı: "Meydanda xarakter göstərdik"
"Gəncə"nin baş məşqçisi Halil Atlı: "Mövsümü ən yaxşı yerdə bitirmək istəyirik"
"Gəncə"nin baş məşqçisi: "Yaxşı mübarizə apardıq"
"Sabah" Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinə qələbə ilə başlayıb
"Gəncə"nin baş məşqçisisi: "Ordu" ilə oyun daha yaxşı işlər görə biləcəyimizi göstərdi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
