Elşad Şirzadov: "Gəncə"yə qarşı üçüncü oyunda səhvlərimizi aradan qaldıracağıq"
"Ordu" komandası "Gəncə"yə qarşı keçirəcəyi Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsinin üçüncü oyununda səhvləri aradan qaldıracaq.
Bunu "Report"a açıqlamasında "hərbçilər"in kapitanı Elşad Şirzadov deyib.
O, bu rəqibə 78:85 hesabı ilə uduzduqları raundun ikinci görüşündə bəzi səhvlər etdiklərini bildirib:
"Artıq seriya üçüncü görüşə daşınıb. Bu dəfə əlimizdən gələni edib qələbə qazanacağımıza ümid edirəm. Gəncədəki məğlubiyyətin səbəbi top itkisi ilə bağlı oldu. Yersiz top itkilərinə yol verdik. Bütün çatışmazlıqları, səhvləri aradan qaldıracağımıza və üçüncü dueldə qələbə qazanacağımıza inanıram".
Azərbaycan millisinin də formasını geyinən basketbolçu cütün taleyini ikinci qarşılaşmada həll etmək istədiklərini, lakin buna nail olmadıqlarını sözlərinə əlavə edib:
"Bu oyun haqqında çox danışmaq istəmirəm. Gəncəyə qələbə üçün getmişdik. Cütün taleyini ikinci oyunda həll etmək niyyətində idik. Birinci qarşılaşmada qalib gəlmişdik. Ümumi hesabı 2:0 edərək yarımfinala yüksəlməyi qarşımıza məqsəd qoymuşduq. Amma təbii ki, heç nə asan yolla əldə olunmur. Çətinliklərdən keçmək lazımdır. Uğura gedən yol həmişə çətin olur. Səfərdəki qarşılaşmanın bizim üçün asan keçməyəcəyini də bilirdik. Çox çətin qarşılaşma alındı. Onlar azarkeşləri önündə çox yaxşı oynayırlar".
Xatırladaq ki, "Ordu" 1/4 final mərhələsinin ilk matçında 108:106 hesabı ilə üstün olub. Yarımfinala yüksələn komanda üçüncü oyunda bəlli olacaq.
Oxşar xəbərlər
"Gəncə" pley-off mərhələsinin ikinci oyununda "Şəki"ni məğlub edib
"Gəncə"nin baş məşqçisi: "Diqqətimizi üçüncü oyuna yönəltmişik"
"Neftçi" basketbol klubunun baş məşqçisi: "Yarımfinaldakı rəqibə ən güclü tərəfimizi göstərəcəyik"
"Neftçi" basketbol klubunun məşqçisi "Sabah" üzərində qazanılan qələbəni şərh edib
"Gəncə"nin baş məşqçisi: "Çatışmazlıqları aradan qaldırmalıyıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
