Hüseyn Məmmədov: "Çempionlar Liqası bizim üçün böyük təcrübə oldu"
Çempionlar Liqasında çıxış etmək "Sabah" basketbol klubunun U-18 komandası üçün böyük təcrübə olub.
Bu barədə "Sizinxeber.az"a komandanın basketbolçusu Hüseyn Məmmədov açıqlama verib.
O, Bosniya və Herseqovinada keçirilmiş turnirlə bağlı fikirlərini bölüşüb:
"Bizim üçün böyük təcrübə oldu. Bu, hələ başlanğıcdır. İnanıram ki, davamı gələcək. Bizə azarkeşlik edən hər kəsə təşəkkür edirəm. Dəstəyiniz bizim üçün çox vacib idi. Ölkə basketbolunu beynəlxalq arenada ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışdıq. Komanda olaraq bu cür mötəbər turnirə ilk dəfə qatılsaq da, hər oyunda döyüşdük. Həm Azərbaycan Basketbol Federasiyası, həm də "Sabah" Basketbol Klubuna bu səviyyədə beynəlxalq turnirdə iştirak üçün şərait yaratdığına görə təşəkkür edirəm".
Xatırladaq ki, qrupdakı ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya (58:88) məğlub olan sabah Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivinə qalib gəlib (72:61). U-18 5-8-ci yerlər uğrunda görüşdə Serbiyanın "Borats" klubuna uduzsa da (60:67), 7-8-ci yerlər uğrunda matçda Türkiyənin "Tofaş" komandasını üstələyib - 86:60.
Oxşar xəbərlər
"Sabah"ın U-18 komandası Çempionlar Liqasında "Borats"la qarşılaşacaq
"Sabah" Çempionlar Liqasında Almaniya təmsilçisi ilə üz-üzə gələcək
"Sabah"ın U-18 komandası Çempionlar Liqası tarixində ilk qələbəsini qazanıb
"Sabah"ın U-18 komandası Çempionlar Liqasında sonuncu oyununa çıxır
"Sabah"ın U-18 komandası Çempionlar Liqasında mübarizəyə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
