sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Neftçi" kapitanı ilə müqavilənin müddətini uzadıb, üç basketbolçunu heyətinə cəlb edib
Azərbaycanı FIBA Avropa Kubokunun əsas mərhələsində təmsil edəcək “Neftçi” komandanın kapitanı olan Amil Həmzəyevlə müqaviləni daha bir mövsüm uzadıb.
Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bundan əlavə, yerli oyunçular - Əkbər Məmmədov, Fikrət Ələkbərov və Ağa Ağayev "ağ-qaralar"ın heyətinə cəlb olunub.
Qeyd edək ki, Əkbər Məmmədov Azərbaycan millisinin üzvüdür, son klubu NTD olub. Fikrət Ələkbərov 20 yaşlılardan ibarət yığmada çıxış edib. O, son mövsümü “Quba”da keçirib. Ağa Ağayev isə 16 yaşlılardan ibarət milli komandamızın üzvüdür.
Oxşar xəbərlər
"Səbail" kapitanı ilə müqavilə müddətini uzadıb
"Neftçi" qapıçısı ilə müqavilənin müddətini uzatdığını açıqlayıb
Azərbaycan klubu ABŞ-dən olan basketbolçu ilə müqavilənin müddətini uzadıb
"Abşeron" daha bir gənc basketbolçunu heyətinə qatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

