sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala vəsiqə qazanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda Slovakiya seçməsi ilə qarşılaşıb.
Bu matçda rəqibinə 21:8 hesabı ilə qalib gələn komanda növbəti mərhələyə qrup lideri kimi yüksəlib.
Komanda ilk qrup oyununda Çexiyanı da məğlub etmişdi - 20:12.
Qeyd edək ki, millimiz 1/4 finalda Çin yığması ilə üz-üzə gələcək. Oyun 27 iyul saat 16:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan millisi Dünya Seriyasında 1/4 finala vəsiqə qazanıb
Azərbaycanın millisi Dünya Seriyasının Sumqayıt mərhələsinə qələbə ilə başlayıb
Azərbaycan millisi 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala yüksəlib
Azərbaycanın basketbol millisi bu gün Çin yığması üz-üzə gələcək
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













