İtaliyada güləş üzrə Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıdıb
İtaliyanın Kaorle şəhərində keçirilən yunan-Roma güləşi üzrə U15 Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıdıb.
“Sizinxeber.az” xəbər verir ki, Heydər Əliyev Aeroportunda idmançıların qarşılanma mərasimi keçirilib.
Mərasimdə güləşçilərin yaxınları, idman azarkeşləri, mətbuat təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan yığması 131 xalla birinci yeri tutub. Ermənistan (125 xal) ikinci, Gürcüstan (99 xal) isə üçüncü olub.
Millinin heyətində Ömər Salmanov (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Hüseyn Əmrahlı (38 kq) və Ruslan Nuriyev (75 kq) gümüş medala sahib çıxıblar. Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) isə bürünc medalı boynundan asıb.
Komanda 3-cü dəfə Avropa çempionu olur. Yunan-Roma güləşi millisi 2022 və 2024-cü illərdə də eyni uğura imza atıb.
Oxşar xəbərlər
Azərbaycanın yunan-Roma güləşi millisi İtaliyada Avropa çempionu olub
Azərbaycanın yunan-Roma güləşi üzrə millisi İtaliyada Avropa çempionu olub
Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu olub
Yunan-Roma güləşi üzrə Azərbaycanın U-23 millisi Avropa çempionatının qalibi olub
Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











