Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, tədbir ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutur.
Mərasimdə 206 komandadan 10,5 min idmançı iştirak edir.
Açılışı təxminən 300 min tamaşaçı izləyir. Bundan başqa tədbir şəhər sakinləri və qonaqlar üçün nəhəng ekranlarda yayımlanır.
İştirakçılar 116 qayıq vasitəsilə təxminən 6 km məsafəni qət edib Parisin müxtəlif tarixi məkanları və Olimpiya qurğularından yan keçəcəklər.
Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Oxşar xəbərlər
Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan idmançılarının bir qrupu Paris Yay Olimpiya Oyunlarına yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












