Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub
Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın bir qrup idmançısının Fransanın paytaxtı Paris şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub.
“Sizinxeber.az” xəbər verir ki, yolasalma mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb.
Nazir ümid edib ki, idmançılar uğurlu çıxış edəcəklər: “Artıq ayın 25-də oxatma üzrə çıxışlara başlanılacaq. Təbii ki, hər bir idmançımız və federasiyalarımız bu yarışlara illərlə hazırlaşırlar”.
Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı 15 idman növü üzrə 17 proqramda təmsil edəcək. Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar.
Oxşar xəbərlər
AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliya millisi Argentinaya uduzaraq Paris Olimpiadasına vəsiqə qazana bilməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komanda üzvlərinin reytinqini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elçin Quliyev yenidən bu federasiyanın prezidenti oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












