Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək
Bu gün Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, planetin ən böyük yarışının açılış mərasimi ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutacaq.
Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdiriləcək.
Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzəcək.
Açılış mərasimi yerli vaxtıla saat 19:30-da, Bakı vaxtı ilə 22:30-da başlayacaq.
Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Oxşar xəbərlər
Fransada Olimpiada zamanı terror aktı törətməyə hazırlaşan şəxs saxlanılıb
Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub
Paris-2024: İspaniya Özbəkistana qalib gəlib
Azərbaycan idmançılarının bir qrupu Paris Yay Olimpiya Oyunlarına yola salınıb - FOTO
Paris-2024: Yaylagül Ramazanova sıralama turunu 39-cu yerdə başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













