Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
sizinxeber.az xəbər saytı

Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib


Azərbaycan nümayəndə heyəti Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda iştirak edib.

"Sizinxeber.az" xəbər verir ki, milli komanda paraddan 16-cı keçib.

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Elnur Məmmədov da yer alıb.

Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.


Oxşar xəbərlər

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO
Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb
Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək
Azərbaycan boksçularının Paris-2024-də rəqibləri müəyyənləşib
AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər