Azərbaycan badmintonçuları beynəlxalq turnirdə qızıl və bürünc medal qazanıblar
Azərbaycanın yeniyetmə badmintonçuları “Serbian Youth International - Novi Sad 2025” beynəlxalq turnirində qızıl və bürünc medal qazanıblar.
“Sizinxeber.az” xəbər verir ki, 27 ölkənin təmsil olunduğu turnirdə 13 yaşlı idmançılar arasında “G” qrupunda təmsil olunan təmsilçimiz Ömər Mehdi Türkiyə və Macarıstandan olan rəqiblərinə qalib gələrək pley-offa yüksəlib.
Bu mərhələdə Türkiyə, Rumıniya və Bolqarıstanı təmsil edən badmintonçuları məğlub edən Ömər Mehdi turnirin qızıl medalını qazanıb.
15 yaşadək badmintonçuların qarışıq qoşa yarışında Fərəc Kərimli – Aysel Kazımova tandemi bürünc medal qazanıb. Yeniyetmə badmintonçularımız yarımfinal mərhələsinə kimi İsrail, Serbiya və Türkiyəni təmsil edən rəqiblərinə qalib gəliblər. Onlar finala yüksəlmək uğrunda keçirilən görüşdə Macarıstan badmintonçularına uduzublar.
Eyni kateqoriyada yarışan Ömər Teymurlu-Qəndab Niftalızadə qoşası 1/4 finala kimi irəliləsə də, medalın bir addımlığında Türkiyə badmintonçularına məğlub olublar.
13 yaşadək qız badmintonçuların qoşa kateqoriyasında Dəniz Əhmədli-Fatimə İsmayılova yarımfinal uğrunda keçirilən qarşılaşmada serb rəqiblərinə uduzublar.
Qeyd edək ki, üç gün ərzində baş tutan turnirdə 27 ölkədən 255 badmintonçu 5 kateqoriya üzrə mübarizə aparıb. Bundan başqa, badmintonçularımız hər il Novi Sad şəhərində keçirilən “Serbian Youth International” turnirində mütəmadi olaraq iştirak edirlər.
Oxşar xəbərlər
Azərbaycanın yeniyetmə badmintonçuları beynəlxalq turnirində qızıl və bürünc medal qazanıblar
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıblar
Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazanıblar
Azərbaycan badmintonçuları Gürcüstanda 16 medal qazanıblar
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə












