Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıblar


Azərbaycanın yeniyetmə badmintonçuları Venesuelada keçirilən beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıb.

Azərbaycan Badminton Federasiyasından "Sizinxeber.az"a verilən məlumata görə, oğlanların şəxsi yarışında mübarizəyə 1/8 finaldan başlayan Ülvi Hüseynov bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını əldə edib.

Eyni kateqoriya üzrə qızların şəxsi yarışında Leyla Camalzadə də turnirin qalibi olub.

Yeniyetmə badmintonçularımız daha bir qızıl medalı qarışıq qoşa kateqoriyasında qazanıblar. Ülvi Hüseynov – Leyla Camalzadə tandemi müvafiq kateqoriya üzrə yarışı ilk sırada başa vurub.

Oxşar xəbərlər

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazanıblar
Azərbaycan badmintonçuları Gürcüstanda 16 medal qazanıblar
Azərbaycanın gənc badmintonçuları beynəlxalq turnirdə iki medal qazanıblar
Azərbaycan badmintonçusu Malayziyada bürünc medal qazanıb
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə gümüş medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle