Qurban Qurbanov: “Dözümlü olmalı, bu dinamikaya öyrəşməliyik”
“Görüş çox ağır keçdi. Bu gün anladıq ki, öz üzərimizdə daha çox işləməliyik. Yaxşı nəticə üçün çatışmayan cəhətlərimizi aradan qaldırmalıyıq”.
Sizinxeber.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada “Bayer” klubuna 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
Rəqib komandanı təbrik edən və növbəti mərhələdə onlara uğurlar arzulayan çalışdırıcının sözlərinə görə, belə iddialı rəqiblərə qarşı oynamaq üçün təcrübəni daha da artırmaq lazımdır: “Çətin komanda ilə üz-üzə gəldik. Lakin dözümlü olmalı, bu dinamikaya öyrəşməliyik. Belə turnirlərdə iştirak bizim üçün çox vacibdir. Çalışmalıyıq ki, əlimizə düşən fürsətlərdən yaxşı istifadə edək”.
Qeyd edək ki, evdəki ilk matçda “Bayer” ilə 2:2 hesablı heç-heçə edən “Qarabağ” iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.
Oxşar xəbərlər
“Qarabağ”ın baş məşqçisi: “Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurbanov "Bayer"lə oyundan danışdı: Yaxşı hazırlaşmışıq! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: “Bəsit qollar buraxdıq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ” əzmkar mübarizədə “Bayer”ə məğlub oldu -VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: “Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












