“Qarabağ” əzmkar mübarizədə “Bayer”ə məğlub oldu -VİDEO
“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.
Sizinxeber.Az xəbər verir ki, Azərbaycan çempionu Almaniyada “Bayer”in qonağı olub.
“BayArena” stadionunda oynanılan görüş Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində hesabı 58-ci dəqiqədə Abdullah Zubir açıb. “Köhlən atlar” 62-ci dəqiqədə meydanda azlıqda qalıblar. Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 67-ci dəqiqədə Olavio Juninyo rəqibi növbəti dəfə cəzalandırıb. Meydan sahiblərindən Ceremi Frimponq 72-ci dəqiqədə fərqi minimuma endirib. Matçın yekun nəticəsini isə 90+3 və 90+7-ci dəqiqələrdə dubla imza atan Patrik Şik müəyyənləşdirib.
Səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən “Bayer” iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. “Qarabağ” isə Avropa Liqasında mübarizəni dayandırıb.
Oxşar xəbərlər
UEFA-nın rəsmi saytı: "Bayer" Bakıda möcüzə nəticəsində məğlubiyyətdən qaça bildi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ” – “Bayer” oyununa satılmış biletlərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bayer 04"ün futbolçusu: "Qarabağ" qələbə qazana da bilərdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bayer 04"ün kapitanı: İlk hissədə nə baş verdiyini anlaya bilmədik [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın oyunçusu Avropa Liqasında həftənin rəmzi komandasına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












