“Qarabağ”ın baş məşqçisi: “Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik”
sizinxeber.az xəbər saytı

“Qarabağ”ın baş məşqçisi: “Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik”


“Futbolçularıma son ana kimi mübarizə apardıqlarına, azarkeşlərimizə isə bizə dəstək olduqlarına görə təşəkkür edirəm”.

Sizinxeber.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada “Bayer” klubuna 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Elvin Cəfərquliyevin qırmızı kart alaraq meydandan qovulması işlərini daha da çətinləşdirib: “10 nəfərlə meydanda qaldıq. Buna baxmayaraq, komandamız çox yaxşı oyun göstərdi. Rəqib qapımıza gözlənilməz qollar vurdu. Lakin çox çalışdıq. Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik”.

Qeyd edək ki, evdəki ilk matçda “Bayer” ilə 2:2 hesablı heç-heçə edən “Qarabağ” iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.

Oxşar xəbərlər

Qurban Qurbanov: “Dözümlü olmalı, bu dinamikaya öyrəşməliyik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: “Bəsit qollar buraxdıq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurbanov "Bayer"lə oyundan danışdı: Yaxşı hazırlaşmışıq! [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ” əzmkar mübarizədə “Bayer”ə məğlub oldu -VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bayer 04"ün futbolçusu: "Qarabağ" qələbə qazana da bilərdi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər