Nazirlər və deputatların oyununda hesab... - Video
Mayın 7-də “Hökumət” və “Parlament” komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Sizinxeber.Az xəbər verir ki, qarşılaşma Bakı Tennis Akademiyasında baş tutub.
“Hökumət” komandasında Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov, Azərişıq ASC-nin sədri Vüqar Əhmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov yer alıblar.
Millət vəkillərindən ibarət “Parlament” komandasının heyətində Şahin İsmayılov, Azər Əmiraslanov, Zaur Şükürov, Ramid Namazov, Vüqar Bayramov, Müşfiq Cəfərov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Emin İmanov və Samir Vəliyev yarışıblar.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yoldaşlıq oyunu 6:6 hesablı heç-heçə ilə yekunlaşıb.
"Dostluq qalib gəlsin deyə, tərəflər bir-birinə bu qədər güzəşt edirdilər, - deyə E.Əmrullayev oyunu bu cür şərh edib.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
