Baş örtüyünə icazə verilməyən fransalı idmançı açılış mərasiminə papaqla qatıldı - FOTO
Baş örtüyünə icazə verilməyən fransalı idmançı açılış mərasiminə papaqla qatılıb.
Sizinxeber.az xəbər verir ki, Fransanın ev sahibliyi etdiyi 2024-cü il Paris Olimpiya Oyunlarında ölkəsini təmsil edən fransalı qaçışçı Sounkamba Silla ölkəsinin idmançılarının hicablı iştirakına icazə verilmədiyi açılış mərasimində papaq geyinib.
Fransanı 4x400 metr məsafəyə estafet yarışlarında təmsil edən Silla Sena çayında Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib.
Sylla, keçən həftə sosial mediada öz hesabında hicablı olduğu üçün açılış mərasiminə buraxılmadığını açıqlayıb və bu müzakirələrə səbəb olub.
İdmançılar və sosial media istifadəçiləri Fransa hökumətini tənqid edib.
Fransanın idman naziri Amelie Oudea-Kastera CNN-ə müsahibəsində idmançının açılış mərasimində iştirak etməsi üçün məsələnin “həll” olduğunu bildirib.
Nazir "Bu, qanundur və biz qanuna tabe olmalıyıq və o (Sylla) çox yaxşı başa düşür ki, öz ölkəsini təmsil edən idmançı nümunə göstərməlidir" deyə bildirib.
Fransa Olimpiya Komitəsi açılış mərasimində iştirak etmək üçün papaq taxması tələb edilən Sillanın təklifi qəbul etdiyini açıqlayıb.
Qeyd edək ki, Olimpiada zamanı Fransada yarışacaq əcnəbi vətəndaşlar üçün qanuni məhdudiyyət yoxdur. Ancaq Olimpiadada iştirak edən fransalı idmançıların dini geyimdə olması qadağandır.

Oxşar xəbərlər
Fransa hicaba görə idmançını Olimpiya Oyunlarının açılış mərasiminə buraxmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Olimpiadanın açılış mərasimində 19 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












