Özbəkistan prezidenti millinin futbolçularına avtomobil hədiyyə edib
sizinxeber.az xəbər saytı

Özbəkistan prezidenti millinin futbolçularına avtomobil hədiyyə edib


Tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Özbəkistan millisinin futbolçularına avtomobil hədiyyə edilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkə prezidenti Şavkat Mirziyoyev göstəriş verib.

Prezidentin mətbuat xidməti milli üzvlərinə Çin istehsalı olan BYD avtomobilləri təqdim ediləcəyi barədə məlumat yayıb.

Bundan əlavə, özbək biznesmen Xurşid Turayev komandanın qapıçısına paytaxt Daşkənddə üç otaqlı mənzil verəcəyini vəd edib. Sahibkar bu barədə şəxsi instaqram hesabında bildirib.

Qeyd edək ki, Özbəkistan yığması DÇ-2026-nın Asiya üzrə seçmə mərhələsində ötən gün BƏƏ ilə heç-heçə (0:0) edib. Bu nəticə onların tarixdə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasına şərait yaradıb. Komanda 18 xalla A qrupunda ikinci yerdədir.

Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-da keçiriləcək.

Oxşar xəbərlər

Özbəkistan yığması ilk dəfə futbol üzrə dünya çempionatında oynayacaq
Minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsinə yekun vurulacaq
DÇ-2026: Bu gün Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olacaq
AQİNF rəsmisi: “Milli üzvlərindən Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanmalarını gözləyirdik”
Futbol üzrə Dünya Çempionatına qatılacaq ilk komanda müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle