Futbol üzrə Dünya Çempionatına qatılacaq ilk komanda müəyyənləşib
sizinxeber.az xəbər saytı

Futbol üzrə Dünya Çempionatına qatılacaq ilk komanda müəyyənləşib


Yaponiya millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, asiyalılar bu hüquqa yiyələnən ilk komanda olub.

Yaponlar seçmə mərhələnin VII turunda evdə Bəhreynlə qarşılaşıblar.

Onlar rəqiblərini 2:0 hesabı ilə məğlub etməklə vaxtından əvvəl dünya çempionatının əsas mərhələsində iştiraklarını rəsmiləşdiriblər.

Yaponiya yer aldığı C qrupunda 7 oyundan 19 xal toplamaqla minimum ikinci yeri özləri üçün təmin ediblər. “Gündoğar ölkə” təmsilçisi ən yaxın izləyicisi Avstraliyanı 9 xal qabaqlayır.

Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

Oxşar xəbərlər

DÇ-2026-nın seçmə mərhələsi: Argentina və Braziliya məğlub olub
Paris-2024: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb - YENİLƏNİB-1
Roberto Mançiniyə 30 milyon təzminat ödəniləcək
Messi yığmağa çağırılmayıb
"Bavariya” 1/8 finala çıxıb, “Milan” mübarizəni dayandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle