Minifutbol üzrə milli komandamız dünya çempionu olub
sizinxeber.az xəbər saytı

Minifutbol üzrə milli komandamız dünya çempionu olub


Bu gün minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının əsas və həlledici oyununa – final matçına çıxıb.

Apasport.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri Milli Gimnastika Arenasında Macarıstan komandası ilə üz-üzə gəlib.

Matç millimizin 4:2 qələbəsi ilə başa çatıb. Yığmanın heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8)və Rəvan Kərimov (10, 29) fərqləniblər.

Final oyunundan əvvəl Serbiya və Monteneqro milliləri arasında üçüncü yer uğrunda görüş baş tutub.

Qarşılaşma serblərin qələbəsi ilə yekunlaşıb - 3:0.

Dünya çempionatı
3-cü yer uğrunda görüş

18:00. Monteneqro - Serbiya 0:3

Final
20:00. Azərbaycan – Macarıstan 4:2

Oxşar xəbərlər

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Minifutbol üzrə dünya çempionatı: 1/8 final mərhələsinin növbəti matçı keçirilib
Minifutbol üzrə dünya çempionatı: Bu gün 1/4 final mərhələsinin oyunları keçiriləcək
Minifutbol üzrə dünya çempionatı: Yarımfinal cütləri müəyyənləşib
Xorvatiya Fransanı, Ukrayna Belçikanı məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər