Tailand millisinin futbolçusu: "Bakıdakı dünya çempionatının təşkilatçılığı hamıya bir nümunə oldu"
sizinxeber.az xəbər saytı

Tailand millisinin futbolçusu: "Bakıdakı dünya çempionatının təşkilatçılığı hamıya bir nümunə oldu"


Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı çox yaxşı təşkil olunub.

Bunu "Report"a açıqlamasında Tailand millisinin futbolçusu Pearponq Çaiyonq deyib.

O, yarışın səviyyəsinin çox yüksək olduğunu bildirib:

"Burada hər şey həqiqətən çox yaxşıdır. Biz də məmnunuq. Dünya çempionatları belə təşkil edilməlidir. Ölkənizdəki turnir hamıya bir nümunə oldu".

Oyunçu Kosta Rikaya 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmaya da toxunub:

"Birinci hissənin əvvəlində bir az təzyiq var idi. Çünki rəqib zəif deyildi. Amma onları digər matçlara baxıb təhlil etmişdik. Növbəti görüşlərdə də yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Pearponq Çaiyonq sözügedən matçın ən yaxşı oyunçusu seçilib. Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq.

Oxşar xəbərlər

İsrail Minifutbol Federasiyasının nümayəndəsi: "Bakıdakı dünya çempionatı çox gözəl təşkil olunub"
Bəhreyn yığmasının futbolçusu: "Azərbaycan mundialın necə təşkil olunmasını bütün dünyaya göstərdi"
Argentina millisinin üzvü Bakıda keçirilən dünya çempionatının təşkilatçılığından razıdır
Minifutbol üzrə dünya çempionatı: Qrup mərhələsində növbəti oyunlar keçiriləcək
İspaniya millisinin baş məşqçisi: "Bakıdakı dünya çempionatının təşkilatçılığı idealdır, biz çox məmnunuq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər