Premyer Liqa: "Qarabağ" turun son oyununda "Araz-Naxçıvan"ı məğlub edib
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Qarabağ" turun son oyununda "Araz-Naxçıvan"ı məğlub edib


Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.

"Sizinxeber.az"un məlumatına görə, sonuncu matçda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. 35-ci dəqiqədə Musa Qurbanlı, 59-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.

Çempionluğunu təmin etmiş "köhlən atlar" xallarının sayını 83-ə çatdırıb. Naxçıvan klubu 55 xalla üçüncü sıradadır.

Günün ilk matçında "Kəpəz" "Sumqayıt"a qalib gəlib - 1:0.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Premyer Liqa: Turun son oyununda "Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub edib
Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib
Premyer Liqa: XXXI turun sonuncu oyununda "Zirə" qələbə qazanıb
Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər