"Neftçi" "Səbail"ə qalib gəlib
sizinxeber.az xəbər saytı

"Neftçi" "Səbail"ə qalib gəlib


Misli Premyer Liqasının XXXV turunda "Neftçi" "Səbail"ə qalib gəlib.

"Sizinxeber.az" xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

"Ağ-qaralar"ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

Oxşar xəbərlər

"Neftçi" səfərdə "Zirə"yə qalib gəlib
Premyer Liqa: "Sumqayıt" "Neftçi"yə qalib gəlib
Premyer Liqa: "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşməyib
Premyer Liqa: "Kəpəz" "Neftçi"ni məğlub edib
Premyer Liqa: "Sumqayıt" "Kəpəz"ə qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər