"Barselona" tarixində 9-cu dəfə bir mövsümdə ölkə çempionatı və kubokunun qalibi olub
sizinxeber.az xəbər saytı

"Barselona" tarixində 9-cu dəfə bir mövsümdə ölkə çempionatı və kubokunun qalibi olub


"Barselona" klubu tarixində doqquzuncu dəfə eyni mövsümdə həm İspaniya çempionluğunu, həm də kubokunu qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, Kataloniya təmsilçisi buna La Liqanın XXXVI turunda səfərdə "Espanyol"u (2:0) ilə məğlub etməklə nail olub.

Komanda qələbə sayəsində 28-ci çempionluğunu rəsmiləşdirib. "Barselona" aprelin 26-da İspaniya Kubokunun finalında "Real"a əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.

Katalonlar 1951/1952, 1952/1953, 1958/1959, 1997/1998, 2008/2009, 2014/2015, 2015/2016 və 2017/2018 mövsümlərində də ölkə çempionu olub və kuboka sahib çıxıb.

Qeyd edək ki, "Barselona" 2024/2025 mövsümündə İspaniya Superkubokunu da qazanıb.

Oxşar xəbərlər

"Barselona" tarixində 100-cü kubokunu qazanıb
“Barselona” növbəti dəfə La Liqa çempionu olub
İspaniya Superkuboku: “Barselona” “Real Madrid”i darmadağın edib
Bu gün futbol üzrə İspaniya Kubokunun qalibi müəyyənləşəcək
PSJ baş məşqçi Luis Enrike ilə müqavilənin müddətini uzadıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər